Ağcabədidə basketbol üzrə rayon turniri keçirilib.

Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun, Qarabağ regional təhsil idarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan yarışda məktəbli qızlar yarışıb. 12 məktəb komandasının 8-11-ci siniflərinin iştirak etdiyi turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.

Turnirin yekun nəticələrinə əsasən, Ağcabədi şəhər Ş.Hüseynov adına 2 nömrəli tam orta məktəbin komandası I, C.İbrahimov adına şəhər 8 nömrəli tam orta məktəbin komandası II, S.Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub. Komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

BƏHRUZ MUSAYEV, AĞCABƏDİ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp