“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. UEFA avqustun 28-də Bakıda təşkil olunacaq görüşü İngiltərədən olan hakimlər briqadasına həvalə edib.
Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Maykl Oliver DÇ-2022 və Avro-2024-ün final mərhələsinin oyunlarını idarə edib.
Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq.
Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə “Dinamo” 3:0 hesablı qələbə qazanıb.






