Özbəkistan millisinin üzvü Abdukodir Xusanovun “Mançester Siti”yə transferindən sonra daha bir asiyalı İngiltərəyə köçüb. “Çelsi” başqa bir türk dövləti olan Qazaxıstandan yeni istedad seçib.
Futbolinfo.az xəbər verir ki, Dastan Satpayev London klubunda oynayacaq. 16 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, gələn ilin yayına kimi yetişdiyi “Kayrat”da çıxış edəcək, 2026-cı ilin avqustunda transfer üçün icazə verilən yaş həddini tamamladıqdan sonra “Çelsi”yə yollanacaq.
“Zadəganlar” gənc hücumçu üçün 2,4 milyon avro xərcləyib. Bonuslarla birlikdə bu məbləğin 4,3 milyon avroyadək yüksəlməsi mümkündür.






