Digər idman növləri

Mayami turnirində rekord göstərici

a8de242b a15d 45cf 8e12 4cec50cae715 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Martın 18-dən 30-dək Mayamidə  keçirilən mötəbər tennis turnirinə 405 448 tamaşaçı qatılıb. Bu, “Masters” seriyasından olan yarış üçün rekord göstəricidir.

2024-cü ildə Mayami kortlarını 395 683 nəfər ziyarət etmişdi. Qeyd edək ki, turnir 1985-ci ildən keçirilir. 2019-cu ildən etibarən oyunlar “Hard Rock Stadium”da baş tutur.

Mayamidə keçirilən turnirin finalında qadınlarda dünyanın bir nömrəli raketkası belaruslu Arina Sabalenka amerikalı Cessika Pequlanı məğlub edib (7:5, 6:2). Kişilərdə isə çex Yakub Menşik “Böyük Dəbilqə” yarışlarının 24 qat çempionu serbiyalı Novak Cokoviçə 7:6, 7:6 hesabı ilə qalib gələrək ilk “Masters” titulunu qazanıb.

Shares: