Ölkə futbolu

Klublar İcraiyyə Komitəsinin qərarından narazı qalıb

esas 7 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

AFFA İcraiyyə Komitəsinin son qərarlarından biri klubları narazı salıb. Əvəzedicilər liqasının ləğv edilməməsi əksəriyyətdə məmnunluq yaratmayıb.

Futbolinfo.az xəbər verir ki, əsas narazılıq Klublar Komitəsindəki müzakirələrin nəzərə alınmamasıdır. Əksəriyyət azlıq təşkil etmələrinə baxmayaraq, böyük klubların fikirlərinin əsas götürülməsindən incik düşüb. Belə ki, İcraiyyə Komitəsindən bir gün öncə yığışan klub nümayəndələrinin əksəriyyəti əvəzedicilər liqasının ləğvini istəyib. Amma yekunda “Qarabağ”, “Neftçi” və “Sabah”ın dəstəklədiyi varianta üstünlük verilib. Ağdamlılar I Liqada oynamayacaqlarını isrrla bildirib, digər iki klub da əvəzedici komandalarının yarışının davam etməsini istəyib. “Sumqayıt”la “Zirə”nin neytral qaldığı müzakirələrdə 7 iştirakçının imtinası heç nəyi dəyişməyib.

Əvəzedici liqanın ləğvini istəyənlər bunu büdcənin azaldılması ilə əlaqələndirib. Belə ki, klublara ayrılan 3 milyon manatlıq yardımın 2,5 milyona endirilməsi problem yaradıb. Bu səbəbdən xərclərini azaltmaq istəyən klublar ikinci komandanı saxlamaq istəmir. İcraiyyə Komitəsi isə dəyişikliyə lüzum görməyib.

İndi aşağı liqalarda say problemi yaranıb. Əvəzedicilər liqası ləğv olunacağı halda AFFA br neçə klubun ikinci komandasını I Liqaya buraxacağına ümid edirdi. İndi isə bu variant ortadan qalxıb, sözügedən yarışda say artımı olmayacaq. II Liqada isə ümumiyyətlə, ciddi problemlər var. Maliyyə çatışmazlığı üzündən bu yarışa qatılmaq istəyən komandaların sayı xeyli azdır.

Shares: