Madrid “Real”ının belçikalı qapıçısı Tibo Kurtua peşəkar karyerasını bitirdikdən sonra avtomobil yarışlarında iştirak etmək istədiyini etiraf edib.
ESPN-ə müsahibəsində Kurtua bunları söyləyib: “Futbol oynamağı dayandırdığım zaman GT3 yarışında iştirak etmək arzum gerçəkləşəcək. Əgər bu baş versə, mən normal yerləşə biləcəyim avtomobilin sükanı arxasına keçmək istərdim. Formula 1 avtomobilinə sığmıram. Başım halodan yuxarı qalxır, orada yarışmaq o qədər də təhlükəsiz olmaz”.
Xatırladaq ki, Kurtua Belçika Qran-Prisinə xüsusi dəvət almış və sprint yarışından sonra damalı bayrağı dalğalandırmışdı. Bundan əlavə, Kurtua yarışdan sonar fəxri kürsüyə qalxalnlara mükafatları təqdim etmişdi.






