“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubdakı gələcəyi ilə bağlı qərar verib.

Futbolinfo.az xəbər verir ki, o, kataloniyalıların heyətindən ayrılmağa hazırdır.

Türkiyə və İngiltərə klublarından təklif alan qolkiper, yalnız İspaniya komandalarına keçməyə müsbət baxır. İspaniyadakı yaşayışını davam etdirmək istəyən “əlcək sahibi”nin “Jirona”ya icarə əsasında yollanması inandırıcı görünür.

Ter Ştegen 2014-cü ildə 12 milyon avroya Almaniyanın “Borussiya” (Münhenqladbax) klubundan “Barselona”ya keçib. Onun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Shares: