İtaliyanın “Napoli” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”dən icarəyə götürdüyü Rasmus Höylundu tam şəkildə heyətinə qatacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin idman direktoru Covanni Manna açıqlama verib.

O, hücumçunun komanda üçün vacib oyunçu olduğunu və satınalma bəndinin aktivləşəcəyini söyləyib.

Danimarkalı forvardın icarə sözləşməsi yayda başa çatır. O, bu mövsüm “Napoli”də 19 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: