Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq. Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər görüşündə isə “Liverpul” İngiltərədə PSJ ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)
İlk oyun – 2:0
23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.






