AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında II mərhələnin IV turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, A qrupunda lider “Qarabağ” ardıcıl 4-cü qələbəsini qazanıb və 12 xalla turnir cədvəlinə başçılıq edir. B qrupunda isə “Sumqayıt” itkisiz irəliləyir. Komanda bu dəfə “Araz-Naxçıvan”ı 1 qolla üstələyib.

A qrupu

“Qarabağ” – “Qəbələ” 2:1

Qollar: Əli İbrahim, 35; Muyideen Olatunji Olude, 67 – Ziya Şəkərxanov, 89

“Turan Tovuz” – “Zirə” 1:1

Qollar: Yusif Cəfərli, 84 – Fərid Cabbarlı, 21 (pen.)

“Sabah” – “Neftçi” 3:0

Qollar: Toğrul Tapdıqlı, 8, 42; Ümid Səlimov, 24

B qrupu

“Sumqayıt” – “Araz-Naxçıvan” 1:0

Qol: Emil Bəyalıyev, 77

“Dinamo” (Bakı) – EFA 1:6

Qollar: Muhamed Efe Zekir, 88 – Akif Mustafayev, 4, 45; Nicat Quluzadə, 50 (pen.), 60, 85; Fuad İsmayılov, 78

“Kəpəz” – “Şamaxı” 5:0

Qollar: Sənan Mirzəyev, 15; Sadiq Xəlilov, 60; Ramazan Ramazanov, 70; Nihad İsaqov, 75, 85

Shares: