Milli Hokkey Liqasında 2025/2026 mövsümünün pley-off iştirakçıları müəyyənləşib.
Baffalo, Tampa, Monreal, Boston, Pittsburq, Ottava, Filadelfiya və Karolina təmsilçiləri Şərq Konfransından pley-offa vəsiqə qazanıblar. “Harrikeyns” tarixində ilk dəfə konfransda birinci yeri tutub. Qərb Konfransından pley-offa vəsiqəni Kolorado, Dallas, Minnesota, Anahaym, Edmonton, Veqas, Yuta və Los-Anceles komandaları qazanıb.
MHL-in müntəzəm mövsümü aprelin 17-də başa çatacaq, pley-offlar isə 19-na keçən gecə başlayacaq.
Keçən il Stenli Kubokunu qazanan Florida komandası bu il pley-offa vəsiqə əldə edə bilməyib.






