Sabah Misli Premyer Liqasında 29-cu tura start veriləcək.

Futbolinfo.az saytı xəbər verir ki, bir gün sonra aşağı pillələrdə qərarlaşan “Şamaxı” ilə “Kəpəz” birincilərin meydanında üz-üzə gələcək.

Bu, bölgə təmsilçilərinin 41-ci dueli olacaq. Əvvəlki 40 qarşılaşmada “Şamaxı” ikiqat üstünlüyə malikdir. 2000-ci ildən bəri müxtəlif adlar altında mübarizə aparan komandaların qarşılaşmasında “Şamaxı” 20, “Kəpəz” isə 10 dəfə qalib gəlib. Digər 10 matçda bərabərlik dəyişməyib.

Tərəflərin dueli qollu keçməsi ilə diqqət çəkib. Təsadüfi deyil ki, son 4 oyunun hər birində ən azı 2 qol qeydə alınıb. “Kəpəz” axır 9 səfər matçında qol vurmağı bacarıb.

Qeyd edək ki, aprelin 26-da Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Shares: