Georgios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub. Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.

56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Yunanıstanlı baş məşqçi bu postda Erve Renarı əvəzləyib.

Səudiyyə Ərəbistanı seçməsi bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə üz-üzə gələcək.

Shares: