MBA-da bu gecə pley-off seriyasının 3 oyunu keçirilib.
“Minnesota Timbervulvs” evdə “Denver Naggets”ə qalib gəlib – 113:96. Meydan sahiblərində Ayo Dosunmu 25 xal toplayıb. Qonaqlarda Nikola Yokiç 27 xal və 15 ribaundla dabl-dabl edib. Bu qələbədən sonra Minnesota komandası seriyada önə keçib.
Eyni qaydada “Atlanta Houks” da seriyada üstünlüyü ələ keçirib. Gərgin keçən qarşılaşmada komanda “Nyu-York Niks”i məğlubiyyətə uğradıb – 109:108.
“Toronto Reptors” isə “Klivlend Kavalers” üzərində qələbə qazanaraq ümumi hesabda fərqi azaldıb – 126:104. Kanada komandasının heyətində Barret və Barns hərəyə 33 xal toplayıblar.






