“The Athletic”in verdiyi məlumata görə, MBA-da komandasından və durumundan narazı super ulduz ortaya çıxarsa, “Hyuston Rokets” bu yay mərkəz oyunçusu Alperen Şengünü dəyişdirə bilər.

Komanda pley-offdan erkən kənarlaşdırılarsa, bu ssenarinin mümkün olma ehtimalının yüksək olduğu bildirilir. Komandanın hədəfi Yannis Antetokumbo, Kavay Leonard və Donovan Mitçelldən biridir.

“Rokets MBA pley-offunun ilk turunda “Los AnCeles Leykers”lə hər 3 oyunda məğlub olub. Şengün 1-ci və 3-cü oyunda komandanın ən məhsuldar, 2-ci oyunda isə ən faydalı oyunçusu olub.

Shares: