Dünyanın 2 nömrəli tennisçisi Karlos Alkaras Romadakı “Masters” turnirindən əlavə “Rolan Qarros”u da buraxacaq. Buna səbəb idmançının biləyindəki zədədir. İspaniyalı ot örtüyü yarışlarının başlaması ilə korta qayıtmaq niyyətindədir.

“Marka” qəzetinin xəbərinə görə, ispan tennisçinin planlarına Londonda keçiriləcək ATP-500 turnirində (15-21 iyun) və 29 iyunda başlayacaq “Uimbldon”da iştirak etmək daxildir.

Xatırladaq ki, Alkaras həm Roma, həm də Parisdəki turnirlərin hazırkı çempionudur.

Bu mövsüm Alkaras Dohadakı “Masters” və Avstraliya Açıq çempionatlarının qalibi olub.

Shares: