Türkiyə Avtomobil İdmanı Federasiyasının (TOSFED) prezidenti Eren Üçlertoprak, ölkə Qran-Prisinin 2027-ci ildə təqvimə qayıtmasını rəsmi olaraq elan edən təqdimat mərasimində prezident Rəcəb Tayyib Ərdoğana çempionluq qazanmış Formula 1 avtomobilinin sükanını hədiyyə edib.
Formula 1-in baş direktoru Stefano Domenikali və FIA prezidenti Məhəmməd Bin Süleyem də tədbirdə iştirak ediblər.
Müqavilə beş il müddətinə bağlanıb və yarış hər il “İstanbul Park” trasında keçiriləcək.
Türkiyə Qran-Prisi ilk dəfə Formula 1 təqvimində 2005-ci ildə yer alıb və 2011-ci ilə qədər keçirilib.






