Bu gün Misli Premyer Liqasında 29-сu tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Son oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gələcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.

Daha öncə keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” matçında (1:1) qalib müəyyənləşməyib, “Şamaxı” “Kəpəz”ə (2:0) qalib gəlib, “İmişli” “Sumqayıt”a (0:2), “Neftçi” “Qarabağ”a (1:5) məğlub olub.

Misli Premyer Liqası
29-cu tur

27 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
“Bank Respublika Arena”, 20:00.

Shares: