Bolqarıstan çempionatında 31-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Botev”lə qarşılaşıb.

Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Hüseynov da bu matçın iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.

“Arda” hazırda 44 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Shares: