MBA-da pley-off seriyasının 4 oyunu baş tutub.
“Hyuston Rokets” nəhayət ki, 4-cü oyunda “Leykers”ə qalib gələ bilib. 115:96 hesabı ilə bitən oyunda Tompson 23, Şengün isə 19 xal toplayıb. Qonaqlarda Lebron Ceyms cəmi 10 xal yığa bilib. Bu oyundan sonra seriyada hesab 3:1 Los-Anceles komandasının xeyrinədir.
Portlenddə “San Antonio Spörs” qalib gəlib – 114:93. Qonaq komandada Vembanyama görüşü 27 xal, 11 ribaund və 7 blokla tamamlayıb. Seriyada hesab 3:1 “Spörs”ün xeyrinədir.
Eyni hesabla “Boston Seltiks” də Filadelfiya komandasını üstələyir. Son oyunda Boston komandası səfərdə 128:96 hesabı ilə qələbə qazanıb.
Toronto komandası “Kavalers” üzərində qələbə sayəsində (93:89) seriyada hesabı bərabərləşdirib.






