MBA və Avroliqanın nümayəndələri strateji ittifaq və potensial “MBA Avropa” layihəsini müzakirə etmək üçün İsveçrənin Cenevrə şəhərində görüşəcəklər. Görüş aprelin 28-də FIBA-nın qərargahında keçiriləcək.

“Marca”nın məlumatına görə, Avroliqanı Çus Bueno, MBA-nı isə Avropa və Yaxın Şərq üzrə İdarəedici Direktor Corc Ayvazoqlu təmsil edəcək.

MBA rəhbəri Adam Silver bir neçə dəfə Avroliqanın baş meneceri vəzifəsində Paulius Motiejunası Bueno əvəz etdikdən sonra danışıqların pozitiv məcrada keçdiyini vurğulayıb. MBA da həmçinin, Avroliqa ilə əməkdaşlıq etmək və “MBA Avropa” layihəsində qüvvələrini birləşdirmək niyyətindədir.

Bütün tərəflərin əsas məqsədi yarışın parçalanmasının və Avropa basketbolunun Avroliqaya və FIBA Superliqasına bölündüyü 2000/2001 mövsümünün təkrarlanmasının qarşısını almaqdır.

Shares: