“Tottenhem” və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons ciddi zədə aldığını açıqlayıb. Futbolçu yayda keçiriləcək dünya çempionatını buraxacaq.

“Deyirlər ki, həyat qəddar ola bilər və mən bu gün bunu hiss etdim. Mövsüm gözlənilmədən başa çatdı və mən bunu qəbul etməyə çalışıram. Çox məyusam. Tək istədiyim komandaya yardım etmək idi. Mundiala da getməyə ümidli idim.

Bu yay ölkəmi təmsil etmək… Bununla barışmaq üçün vaxt lazım olacaq. Meydana qayıdana qədər günləri sayaraq, inamla, güclə, əzmlə çalışacağam”, – deyə 23 yaşlı futbolçu sosial mediada yazıb.

Simons İngiltərə Premyer-Liqasının 34-cü turunda “Vulverhempton”a qarşı oyunda (1:0) ön çarpaz bağlarını zədələyib. O, 63-cü dəqiqədə əvəzlənib və meydandan xərəklə çıxarılıb.

Shares: