Basketbol üzrə Avroliqa turnirində sonuncu seriyaya da start verilib. Madriddə “Real” İsrailin “Hapoel” komandasını qəbul edib.

Oyunun əvvəllərindən üstünlüyü ələ alan meydan sahibləri yekunda qalib gəliblər – 86:82. Bəzi hallarda üstünlük 15 topdan da artıq olub.

Görüşdə ən çox xalı Fakunda Kampazzo qazanıb. Argentinalının aktivində 21 xal var. Qonaqlarda isə Den Oturu 20 xal və 17 ribaundla dabl-dabl edib.

Bu qələbə ilə “Real” seriyada önə keçib. İkinci oyun sabah yenə də Madriddə keçiriləcək.

Shares: