Məşhur Almaniya brendi olan “Adidas” 2026-cı il Dünya Çempionatı üçün yeni butsları təqdim edib.
“Maksimum sürətlənmə üçün nəzərdə tutulub. Dünya Çempionatı üçün indiyə qədər buraxılmış ən yüngül buts olan F50 HYPERFAST EVO-nu da əhatə edən “F50 Too Light” kolleksiyasını təqdim edirik”, – deyə brend X sosial platformasında bildirib.
Xatırladaq ki, Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.







