Maykl Cekson “Börnli”nin yeni baş məşqçisi təyin edilib.

O, son bir neçə ildir ki, komandanın məşqçilər heyətinin üzvüdür və cari mövsümün sonuna qədər baş məşqçi funksiyasını yerinə yetirəcək.

Cekson klubdan qarşılıqlı razılıq əsasında ayrılan Skott Parkeri əvəz edəcək. 45 yaşlı mütəxəssis 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi.

“Börnli” 34 matçda 20 xal qazanıb. Komandanın sona 4 tur qalmış Premyer Liqanı tərk etməsi dəqiqləşib.

Shares: