Kanada hökuməti Dünya Çempionatı zamanı təhlükəsizliyin təmini üçün büdcədən əlavə pul ayırmaq qərarına gəlib. “The Globe and Mail” qəzetinin məlumatına görə, turnirin büdcəsinə 145 milyon Kanada dolları (106 milyon ABŞ dollar) əlavə ediləcək.

Vəsaitlər Dünya Çempionatında 13 oyuna ev sahibliyi edəcək Vankuver və Toronto şəhərlərinin büdcələrinə köçürüləcək. Hökumət artıq bu məqsədlə əvvəllər 220 milyon Kanada dolları (161 milyon ABŞ dollar) ayırmışdı. Mənbənin məlumatına görə, federal, əyalət və şəhər büdcələrini əhatə edən ümumi təhlükəsizlik xərcləri 1 milyard Kanada dollarını (730 milyon ABŞ dollar) keçəcək.

2026-cı il Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-də keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Shares: