Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güləşçilərlə görüşüb.
Bu haqda Prezidentin saytı məlumat yayıb.
Qeyd edilib ki, dövlət başçısı Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.








