Hər zaman dünya idman ictimaiyyətinin diqqət mərkəzində olan ağır çəkili boksçuların döyüşünə bir neçə gün qalıb. Bu dəfə kəmər uğrunda döyüşdə ukraynalı Oleksandr Usik ilə Riko Verhoven qarşılaşacaq.
Onların döyüşü mayın 23-də keçiriləcək.
Döyüşdən əvvəl ənənəvi prosedurlar gerçəkləşməkdədir. Boksçuların göz-gözə duruşu bu dəfə maraqlı məkanda baş tutub. Boksçular Xeops piramidasının fonunda göz-gözə gəliblər.
Qeyd edək ki, döyüş DAZN video platformasında canlı yayımlanacaq.








