MBA-da Şərq konfransının final seriyasının ilk oyunu keçirilib. Qarşılaşma Nyu-Yorkda baş tutub.

Qərbdə olduğu kimi bu oyun da overtayma qədər uzanıb. “Niks” “Klivlend Kavalers”in müqavimətini qıraraq seriyada önə keçib – 115:104.

Ceylen Branson oyunu 38 xalla tamamlayıb. Komanda yoldaşı Taunsun aktivində 13 xal və 13 ribaund var. Qonaq komandada Donovan Mitçell 29 xalla oynayıb.

Qeyd edək ki, komandalar arasında növbəti oyun cümə günü keçiriləcək.

Shares: