Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri beynəlxalq qurumun komitələrinə seçiliblər.

Futbolinfo.az xəbər verir ki, Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-nin mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.

Shares: