İspaniya Sequndasında sonuncu – 42-ci tur başa çatıb və pley-off mərhələsindəki cütlüklər məlum olub. Bu komandalar İspaniyanın yüksək divizionuna axırıncı vəsiqə uğrunda mübarizə aparacaq.

Müvafiq olaraq 3-6-cı yerləri tutan “Almeriya”, “Malaqa”, “Las Palmas” və “Kastelyon” pley-offa vəsiqə qazanıb. Yarımfinal cütlükləri aşağıdakı kimidir:

Almeriya – Kastelyon

Malaqa – Las Palmas

Komandalar arasında ilk oyunlar 6 və 7, cavab oyunları isə 9 və 10 iyunda olacaq. Çempionatda 3-cü və 4-cü yeri tutan komandalar cavab oyunlarını evdə keçirəcəklər. Hər iki oyundan və əlavə vaxtdan sonra heç-heçə olarsa, turnir cədvəlində daha yüksək yeri tutan komanda növbəti mərhələyə yüksələcək.

Bu iki oyunun qalibləri arasında final da iki oyun üzərində oynanılacaq. İlk oyun 14, cavab oyunu isə 20 iyunda keçiriləcək.

Turnirdə ilk iki yeri tutan “Rasinq” və “Deportivo” komandaları birbaşa La Liqaya vəsiqə qazanıb. “Malyorka”, “Jirona” və “Ovyedo” 2025/2026 mövsümünün sonunda yüksək liqanı tərk edib.

Shares: