“Monako” baş məşqçi Sebastyan Pokonyoli ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı belçikalı mütəxəssis 2025-ci ilin oktyabrından komandanı çalışdırırdı. Onun rəhbərliyi altında “Monako” 38 oyunda 16 qələbə, 9 heç-heçə və 13 məğlubiyyətlə yadda qalıb. Komanda son mövsümü Liqa 1-də 54 xalla 7-ci yerdə başa vurub.

Məlumata görə, komandanın yeni baş məşqçisi Filipe Luis olacaq.

Shares: