“Artıq “Turan Tovuz”dan ayrılmışam. Onlara uğurlar arzulayıram. Hazırda təkliflər var, amma gözləmə mövqeyindəyəm. İstəmirəm tələsik müqavilə bağlayım”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Tural Bayramlı deyib.
28 yaşlı yarımmüdafiəçi karyerasının növbəti mərhələsi ilə bağlı qərar verməyə tələsmədiyini bildirib. O, hazırda bir neçə klubdan təklif aldığını təsdiqləsə də, seçim zamanı əsas məqsədinin davamlı oyun praktikası qazanmaq olacağını vurğulayıb.
Bayramlı yeni komandasında stabil forma şansı əldə etməyin onun üçün vacib olduğunu qeyd edib: “Hər kəs davamlı oynamaq istəyər. Mən də davamlı oynaya biləcəyim bir komandaya keçmək istəyirəm. Yaxşı bir təklifi dəyərləndirəcəyəm”.
GÜNAY SÜLEYMANOVA






