Qadınlar arasında dünya çempionatının seçmə mərhələsində Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, hər iki tədbir matçdan bir gün əvvəl – iyunun 4-də baş tutacaq.

Saat 17:15-də mətbuat konfransı olacaq. 18:00-da isə açıq məşq başlayacaq.

Qeyd edək ki, iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Shares: