Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gələcək.

Bu görüşə saat 19:05-də start veriləcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 13:19.

Shares: