Parisdə keçirilən “Rolan Qarros” turnirində qadınların yarışında dördüncü turun oyunlarına yekun vurulub. Keçirilən qarşılaşmalardan sonra ¼ final mərhələsinin son cütlükləri də müəyyənləşib.
Maraqlıdır ki, bu mərhələdə mübarizə aparacaq tennisçilərin hamısı Avropanın şərquini təmsil edir. 8 tennisçidn 5-i isə keçmiş SSRİ respublikalarındandır.
Yarımfinal uğrunda keçiriləcək oyunlar belədir:
Mirra Andreyeva (Rusiya, 8) – Sorana Kırstya (Rumıniya, 18);
Elina Svitolina (Ukrayna, 7) – Marta Kostyuk (Ukrayna, 15);
Anna Kalinskaya (Rusiya, 22) – Maya Xvalinska (Polşa);
Arina Sabalenka (Belarus, 1) – Diana Şnayder (Rusiya, 25).






