Səudiyyə Ərəbistanı Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyxi İngiltərənin “Derbi Kaunti” futbol klubuna sərmayə qoymağa hazırlaşır. “Daily Mail” qəzetinin məlumatına görə, onun nümayəndələri artıq klubun sahibi Devid Klouzla danışıqlar aparıblar.
Potensial müqavilə hazırda İngiltərədəki Müstəqil Futbol Tənzimləyicisi (IFR) tərəfindən nəzərdən keçirilir. Tənzimləyici Əl-Şeyxinin klub sahibləri və direktorları üçün yeni tələblərə cavab verib-vermədiyini qiymətləndirməlidir.
Xüsusi diqqət Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) “Nyukasl Yunayted” komandasında nəzarət səhminə sahib olmasına yönəldilir. Tənzimləyici Əl-Şeyxinin “Derbi”yə investisiyasının İngiltərə futbolunda maraqların toqquşma yaratmamasını təmin etməlidir.
Son həftələrdə Turki Əl-Şeyxi “Derbi Kaunti” klubunun rəsmi sosial media hesablarını izləməyə başlayıb. Bu da onun mümkün yatırımı ilə bağlı şayiələri gücləndirib.






