Azərbaycan millisinin San Marinoya qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Marton Ruş olacaq. Ona Balaş Şert və Balaş Şalai köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bençe Çsonka yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 9-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Shares: