Azərbaycan millisinin Maltaya qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
a
Matçın baş hakimi Mixali Kaprali olacaq. Ona Balaş Buzaş və Bençe Belitsa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 5-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.






