Braziliya millisinin sabiq üzvü Dante “Bayern”də çalışacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran braziliyalı futbolçu klubun əvəzedici komandasının baş məşqçisi təyin edilib.

42 yaşlı veteran müdafiəçi 2025/2026 mövsümündə Fransanın “Nitsa” klubunun heyətində keçirdiyi 19 oyunda 1 məhsuldar ötürmə edib

Dante 2012–2015-ci illərdə formasını geyindiyi “Bayern”in heyətində 3 qat Almaniya çempionu, 2 qat ölkə kubokunun sahibi, həmçinin UEFA Çempionlar Liqası və UEFA superkubokunun qalibi olub.

Shares: