Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.

“Tipos Arena”da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.

Komandamızın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.

Artıq yarımfinal cütləri də müəyyənləşib. Finala gedən yolda Macarıstan Ukraynaya, Azərbaycan millisi isə Serbiyaya rəqib olub. Yarımfinal matçları iyunun 3-də, final görüşü isə 4-də baş tutacaq.

Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib – 3:2.

Shares: