Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün ikinci görüşünü keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv İsveç yığması ilə üz-üzə gələcək.

Qarşılaşma İsveçin Lund şəhərində, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana 0:3 hesabı ilə uduzub.

Shares: