Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi çövkən üzrə 2-ci dünya çempionatına uğurlu start verib və turnirdə ilk qələbəsini qazanıb.






