Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda İsveçrə ilə qarşılaşıb.
İsveçin Lund şəhərində baş tutan görüş rəqibin 3:0 (25:14, 25:17, 25:20) hesablı qələbəsi ilə bitib.
Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana da 0:3 hesabı ilə uduzub.






