Ötən mövsüm Premyer Liqada “Karvan-Yevlax”ın formasını geyinən Uğur Cahangirov karyerasını “Şamaxı”da davam etdirəcək.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, tərəflər arasında 2 illik müqavilə imzalanıb.

24 yaşlı hücumçu üçün bu transfer tanış ünvana dönüş anlamı daşıyır. Belə ki, o, daha əvvəl də “Şamaxı”nın formasını geyinib. Cahangirov karyerası ərzində “Şamaxı”, “Sumqayıt” və “Karvan-Yevlax”ın şərəfini qoruyub.

GÜNAY SÜLEYMANOVA

Shares: