“Panatinaikos” basketbol klubunun türkiyəli baş məşqçisi Ergin Ataman Yunanıstan Liqasının final seriyasında “Olimpiakos”la üçüncü oyunundan sonra “Instagram” hesabında açıqlama yayımlayıb.
O, “Olimpiakos” azarkeşlərinə müraciət edərək oyunun keçirildiyi “Sülh və Dostluq” arenasında səsləndirilən şüarlardan narazılığını ifadə edib: “Dünən oyun boyunca bir daha ölkəmə, Türkiyəyə qarşı təhqiramiz şüarlar səsləndirdiniz. Bunu bilmənizi istəyirəm ki, mən türk olmaqdan qürur duyuram. Həmçinin Yunanıstana və qardaş kimi gördüyüm yunan xalqına böyük sevgi və dərin hörmət bəsləyirəm. Oyunlara bayraqlarınızla gəlmək təbii ki, sizin haqqınızdır. Amma dünən Yunanıstan Liqası final seriyasının 3-cü oyununda sizin komandanız meydançaya bir yunan basketbolçunu belə meydana çıxara bilmədi. Mən komandamın hər şəraitdə göstərdiyi mübarizə ruhu ilə qürur duyuram. Amma biz dünən meydanda Yunanıstan basketboluna töhfə verən və bu millinin 4 oyunçusunun meydana çıxartdıq.
Hörmətli “Panatinaikos” azarkeşləri, baş verənlərə və basketbolun üzərinə kölgə salan bütün hadisələrə baxmayaraq bu idmandan vaz keçməyəcəyik. Çempionluğu son oyuna və son saniyəyə qədər təqib etməyə davam edəcəyik. Və hər şey bitəndə meydanda qələbəni qeyd edən biz olacağıq”.
Xatırladaq ki, hazırda “Olimpiakos” seriyada 2:1 hesabı ilə öndədir. 3 qələbə qazanan komanda Yunanıstan çempionu olacaq.






