Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün Azərbaycan və Çili milli komandaları üz-üzə gəlib.
Qarşılaşma gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Hər iki komanda etibarlı oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb.
Beləliklə, Azərbaycan və Çili yığmaları arasındakı oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb. Nəticədə komandalar turnir cədvəlinə hərəyə 1 xal əlavə ediblər.
Bu gün daha iki oyun baş tutub. Nigeriya və Türkiyə milli komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüş Nigeriya yığmasının qələbəsi ilə yekunlaşıb. Rəqib qapısından 6 top keçirən Nigeriya millisi Türkiyə komandasını 6:1 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.
Günün digər oyununda Niger və Polşa milli komandaları qarşılaşıb. Niger millisi rəqibi üzərində 4:0 hesablı inamlı qələbə qazanıb. Beləliklə, Niger komandası turnirdə ilk qələbəsini əldə edib.






