Türkiyənin “Eyüpspor” klubu baş məşqçisi Atila Gerin ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Atila Gerin 4.5 il ərzində “Eyüpspor”da müxtəlif vəzifələrdə də çalışıb. O, bu ilin yanvarından baş məşqçi kimi çalışırdı.

“Eyüpspor” başa çatan mövsümü 33 xalla 15-ci pillədə başa vurub.

Gerinin “Kayserispor”un baş məşqçisi olacağı gözlənilir.

Shares: