İngiltərə millisinin sabiq üzvü Kiran Tripyerin yeni klubu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Vulverhempton”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun müqaviləsi 2028-ci ilin yayına qədər olacaq.

“Vulverhempton” 2025/2026 mövsümünün yekununa əsasən Premyer Liqadan Çempionşipə düşüb.

Kiran karyerası ərzində “Mançester Siti”, “Barnsli”, “Börnli”, “Tottenhem”, “Atletiko” (Madrid) klublarında çıxış edib.

Shares: