“Atletiko”nun baş məşqçisi Dieqo Simeone artıq Xulian Alvaresin komandada qalmasında maraqlı deyil. Bu barədə “Diario Sport” məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Simeone 26 yaşlı argentinalının “Barselona”ya keçmək istəyi ilə bağlı etdiyi kütləvi bəyanatdan sonra onun satılmasının tərəfdarıdır.

Daha əvvəl “Barselona” və “Real”ın Alvareslə maraqlandığı barədə məlumatlar yayılmışdı. İyun ayında “Atletiko” hücumçunu 150 milyon avroya “Real”a satmaqdan imtina etmişdi.

Ötən mövsümdə Alvares bütün turnirlərdə 49 matça çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.

Hazırda Alvares Argentina millisi ilə birlikdə DÇ-də çıxış edir. O, qrup mərhələsində 3 matçda meydanda olub.

Shares: